...

İsveçin "Müsk" adasında "Azad cəmiyyətin prinsipləri" mövzusunda seminar keçiriləcək

Siyasət Materials 5 Avqust 2006 13:22 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup gənci İsveçin "Müsk" adasında keçiriləcək "Azad cəmiyyətin prinsipləri" mövzusunda seminarda iştirak etmək üçün avqustun 11-də İsveçə yola düşəcək. Bu barədə Trend ə AMİP-in baş katibi Fuad Muxtarov bildirib.

AMİP rəsmisi qeyd edib ki, seminar bir həftə davam edəcək: "AMİP-in İsveçin Moderat Partiyası ilə bağladığı müqaviləyə əsasən ildə iki dəfə belə səfərlər nəzərdə tutulub. Bu tədbirdə Ukrayna, Rusiya, Belorus, Moldova, Polşa, Sloveniya və İsveçin gənclərdən ibarət nümayəndələri də iştirak edəcək. Tədbirdə azad cəmiyyət prinsiplərinin ölkələrdə necə həyata keçirilməsi və qarşıya çıxan problemlərin çözülməsi barədə müzakirələr aparılacaq".

F.Muxtarov əlavə edib ki, seminar İsveçin Moderat Partiyasının Jarl Hjalmarson fondunun rəhbəri Böyük Britaniyanın Stafford Hire universitetinin siyasi fakültəsinin mühazirəçisi Niger Əşfordun "Azad cəmiyyət prinsipləri" kitabı əsasında keçiriləcək: "Çox sanballı və hər kəs üçün gərəkli olan bu kitab İlqar Məmmədov tərəfindən Azərbaycan dilinə də tərcümə olunub. Bizim gənclər seminarda müzakirə olunacaq məsələlərdə bağlı öz fikirlərini bildirəcəklər".

Onu da bildirək ki, AMİP-çi gənclər avqustun 19-da vətənə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti