...

Azərbaycan prezidenti Lənkəran rayonuna gedəcək

Siyasət Materials 7 Avqust 2006 15:37 (UTC +04:00)
Azərbaycan prezidenti Lənkəran rayonuna gedəcək

Azərbaycan prezidentinin Lənkərana planlaşdırılan səfəri zamanı bir sıra obyektlərin açılışı olacaq. Bu barədə Trend ə eksklüziv olaraq Lənkəran İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib.

Onun sözlərinə görə, Diaqnostika Mərkəzinin, tikiş fabrikinin, şəhərin girəcəyində yerləşən Xalq yaradıcılığı mərkəzinin açılışı ehtimal olunur.

Həmçinin idman stadionunun açılışı planlaşdırılıb. Dövlət başçısı bərpa edilmiş Heydər Əliyev adına parkda və bulvarda da olacaq.

Xəbər lenti

Xəbər lenti