...

Azərbaycan prezidenti Salyanda olacaq

Siyasət Materials 7 Avqust 2006 16:24 (UTC +04:00)

Ölkənin cənub bölgələrinə səfəri çərçivəsində prezident İlham Əliyev Salyanda olacaq. Bu barədə Trend ə eksklüziv olaraq Salyan İcra hakimiyyətinin başçısı Rasim Bəşirov xəbər verib.

İcra hakimiyyəti başçısının sözlərinə görə, prezident avqustun 10-da Heydər Əliyev adına park və muzeydə olacaq.

Dövlət başçısının rayon Olimpiya kompleksində təmir işlərinin gedişatı ilə tanış olacağı nəzərdə tutulub. Həmçinin prezidentin yeni elektrik yarımstansiyanın təməlqoyma mərasimində iştirak edəcəyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti