...

Azərbaycan və İsveç IT sazişi imzalayıb

Siyasət Materials 10 Avqust 2006 19:00 (UTC +04:00)
Azərbaycan və İsveç IT sazişi imzalayıb

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Kaspian Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin yaradılması üzrə Təşkilat Komitəsilə Çalmers Texnologiya Universitetinin Qöterborq şəhərindəki İnformasiya Texnologiyaları Universiteti arasında 5 illik razılıq protokolu imzalanıb.

Trend xəbər verir ki, sənədə Çalmers universitetinin rektoru professor Jan Smit və nazirliyin yanında informasiya və komunikasiya texnologiyaları mərkəzinin baş direktoru Fikrət Əliyev imza atıb. Universitetin yaradılması üzrə idarə heyətinin həmsədrləri İltimas Məmmədov və Elmar Qasımov isə öz imzaları ilə razılaşma protokolunu təsdiqləyib.

Sənədə universitetin yaradılması üzrə platformanın hazırlanması istiqamətində əməkdaşlığın dəstəklənməsi daxildir. Platformada bakalavr və magistr təhsil pillələrində İKT-nin tədrisi sahəsində mütəxəssislərin hazırlanması, qabaqcıl tədris proqramlarının və texnoloji məzmunlu treyninq metodlarının yaradılması, müasir şəbəkə və multimedia texnologiyalarına əsaslanan maddi-texniki bazanın strukturunun yaradılması nəzərdə tutulub.

Rabitə Nazirliyi və Çalmars universtitetinin nümayəndələrinin iştirakı ilə keçirilən imzalanma mərasimindən sonra imzalanmış sənədə əsasən həyata keçirilməsi nəzərdə tutulmuş məsələlər müzakirə olunub.

İ.Məmmədov çıxış edərək bildirib ki, yeni universitet təkcə Azərbaycanda deyil, həm də Gürcüstan və Mərkəzi Asiya ölkələri daxil olmaqla, bütün regionda İT sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına yönəldilib.

Xəbər lenti

Xəbər lenti