...

Azərbaycan prezidenti Mərakeşin kənd təsərrüfatı, kənd rayonlarının inkişafı və dəniz balıqçılığı nazirini qəbul edib

Siyasət Materials 16 Avqust 2006 18:09 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 16-da Prezident sarayında Mərakeşin kənd təsərrüfatı, kənd rayonlarının inkişafı və dəniz balıqçılığı naziri Mohand Lansarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə Prezident Aparatının mətbuat xidmətindən məlumat verilib.

Görüşdə İlham Əliyev bu səfərin Azərbaycan-Mərakeş əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını qeyd edib. Siyasi sahədə münasibətlərimizin inkişaf etdiyini vurğulayan dövlət başçısı iki ölkə arasındakı iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin qənaətbəxş səviyyədə olmadığını təəssüf hissi ilə bildirib. İlham Əliyev Azərbaycanın Mərakeşdə səfirliyinin fəaliyyətə başlamasının ölkələrimiz arasındakı əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi işinə öz dəyərli töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Mohand Lansar Mərakeş kralı II Məhəmmədin məktubunu prezident İlham Əliyevə çatdırıb. Məktubda Mərakeş kralı ölkələrimizin böyük potensialından optimal şəkildə istifadə edilməsi üçün ikitərəfli münasibətlərə yeni təkan vermək arzusunda olduğunu vurğulayıb, əməkdaşlığın hüquqi çərçivəsini möhkəmləndirmək, sərmayə yatırılması və ticarəti gücləndirmək məqsədi ilə ölkəsinin bütün mümkün səyləri göstərmək əzmində olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti