"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin yeni rəhbəri təyin olunub
Arif Nizam oğlu Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunub. Trend agentliyinin məlumatına əsasən, müvafiq sərəncam Azərbaycan prezidenti İlham Əliyev tərəfindən avqustun 16-da imzalanıb.
Qeyd edək ki, Arif Alışanov uzun illər AzTI-nin sədr müavini vəzifəsində işləyib.