...

Bakı və Tbilisidə Qars-Axalkalaki-Bakı dəmir yolu xəttinin tikintisi üzrə razılıq əldə olunub

Siyasət Materials 17 Avqust 2006 15:02 (UTC +04:00)

Gürcüstan höküməti ilə Qars-Axalkalaki-Bakı dəmir yolu xəttinin tikintisi üzrə razılıq əldə olunub. Trend in AzTV-yə istinadən xəbər verdiyi kimi, bu barədə Azərbaycanın baş naziri Artur Rəsizadə Azərbaycan-Gürcüstan hökümətlərarası komissiyası çərçivəsində Batumidə keçirilmiş məsləhətləşmələri şərh edərkən bildirib.

Onun sözlərinə görə, həmçinin Gürcüstanın Azərbaycana olan 16 mln. ABŞ dolları məbləğində dövlət borcunun, həmçinin Gürcüstana tədarük edilmiş elektrik enerjisinə görə borcların yenidən strukturlaşdırılması üzrə razılıq əldə olunub.

Avqustun 17-də Azərbaycan-Gürcüstan biznes-forumunda Gürcüstanın baş naziri Zurab Noqaideli Azərbaycan sahibkarlarını sərmayə qoymağa çağırıb. O, Gürcüstanın Azərbaycan investorları üçün xüsusi şərtlərin yaradılmasına hazır olduğunu bildirib. O cümlədən, o bildirib ki, 1 yanvar 2007-ci il tarixindən qüvvəyə minən Gürcüstanın Gömrük məcəlləsində müəyyən güzəştlər nəzərdə tutulub.

Öz növbəsində, Azərbaycanın baş naziri ölkələrin iqtisadi potensialı və biznes-mühiti barədə məlumat verib və birgə layihələrin həyata keçmə ehtimalını qeyd edib.

Xəbər lenti

Xəbər lenti