...

Namiq Əliyev: "Babakər dağında baş verən yanğın Sadaxlı kəndi yaxınlığına qədər gedib çıxıb"

Siyasət Materials 28 Avqust 2006 20:18 (UTC +04:00)

Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli rayonu ərazisində yerləşən Babəkər dağında baş verən yanğın rayonun Sadaxlı kəndinə qədər yaxınlaşıb. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev məlumat verib.

Səfir Babəkər dağında azərbaycanlılara məxsus otlaq sahələrinin və meşə zolaqlarının yanması faktını təsdiqləyib və bildirib ki, əldə etdiyi məlumatlara görə, yanğın uzun müddətdir ki, davam edir. Səfirin sözlərinə görə, yanğının Marneuli rayonunun Sadaxlı kəndinə gəlib çatmasına 30 kilometr məsafə qalıb: "Yanğın geniş əraziləri əhatə edərək Sadaxlı kəndi yaxınlığına qədər gedib çıxıb. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür".

Qeyd edək ki, yanğın baş verən Babakər dağı və dağətəyi kəndlər Ermənistanla həmsərhəddir. Yanğının da ermənilər tərəfindən törədildiyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti