...

İlham Əliyev: Azərbaycan Sloveniya ilə əlaqələrin inkişafına böyük önəm verir

Siyasət Materials 28 Avqust 2006 21:07 (UTC +04:00)
İlham Əliyev: Azərbaycan Sloveniya ilə əlaqələrin inkişafına böyük önəm verir

Sloveniya prezidenti Yanez DrnovşekAzərbaycan dövlət başçısı İlham Əliyevlə keçirdiyi mətbuat konfransında bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.

Trend in ITV-yə istinadən xəbər verdiyi kimi, o, bu problemin uzun illərdir ki, davam etməsindən təəssüfləndiyini bildirib. Ancaq bununla belə o, əminliyini bildirib ki, Azərbaycan AB ilə birlikdə münaqişənin sülh yolu ilə həlli yollarını tapacaq.

İkitərəfli əlaqələrə gəlincə, Sloveniya prezident qeyd edib ki, hər iki dövlət eyni vaxtda müstəqillik qazanıb. Və hazırda onlardan hər biri inkişaf edərək Avropanın formalaşmasında iştirak edir. AB-nin Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini qeyd edən Sloveniya prezidenti əlavə edib ki, onun ölkəsi gələcəkdə Azərbaycanın bu təşkilata üzvlüyünə məmnunluqla yanaşır.

İlham Əliyev qeyd edib ki, Azərbaycan Sloveniya ilə əlaqələrin inkşafına böyük əhəmiyyət verir. O bildirib ki, bu səfər qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət edəcək. Rəsmi Lyublyana AB-nin üzvü kimi çox maraqlı tərəfdaşdır.

İlham Əliyev onu da qeyd edib ki, ikitərəfli danışıqlar zamanı əsas yer Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara ayrılıb. O, bir daha xatırladıb ki, bu məsələdə Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü pozulub, çoxlu sayda azərbaycanlı Ermənistanın apardığı etnik təmizləmə siyasətinin qurbanı olub. Prezident onu da qeyd edib ki, BMT erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı 4 qətnamə qəbul edib. Bundan başqa AŞ Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını rəsmən təsdiqləyib. Azərbaycan bu məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həllini tələb edir.

İlham Əliyev vurğulayıb ki, danışıqlar Praqa formatı çərçivəsində aparılır. Bu, münasib variantdır. Ermənistan konstruktiv mövqe nümayiş etdirməli və işğalçılıq siyasətini dayandırmalıdır. Münaqişənin həll olunmaması bütün region üçün təhlükədir", - deyə Azərbaycan prezidenti vurğulayıb.

O, həmçinin, Azərbaycan və Sloveniya arasında mövcud əlaqələrə toxunaraq, bu günədək əldə olunmuş nəticələrin tərəfləri qane etmədiyini bildirib.

Onun sözlərinə görə, rəsmi şəxslərin və işgüzar dairələrin qarşılıqlı səfərləri bu vəziyyəti dəyişəcək. Azərbaycan və AB-nin enerji sahəsində əməkdaşlığına toxunan İlham Əliyev bəyan edib ki, Azərbaycan böyük neft və qaz ixracatçısına çevrilir. Azərbaycanın "Şahdəniz" yatağından hasil edəcəyi qaz əsasən Avropaya nəql olunacaq. Bu halda Azərbaycan Avropa istehlakçısı üçün çox mühüm enerji istehsalçısına çevriləcək. Bu gün prezident həm də ATƏT-in fəaliyyətdə olan xüsusi nümayəndəsi Pyer Şevalye, AYİB prezidenti Jan Lemyer, ATƏT MQ-nın amerikalı həmsədri Metyu Brayza ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti