...

"Azadlıq" bloku Sədrlər Şurasının toplantısı keçirilib

Siyasət Materials 29 Avqust 2006 15:24 (UTC +04:00)

Avqustun 29-da müxalifəti təmsil edən "Azadlıq" Siyasi Bloku Sədrlər Şurasının toplantısı keçirilib.

Trend in məlumatına görə, iclasdan sonra blokun həmsədri Əli Kərimli jurnalistlər üçün brifinq keçirərək görüşdə müzakirə olunan məsələlər barədə açıqlama verib. O bildirib ki, blokun həmsədrləri son zamanlar jurnalistlərə təzyiqlər göstərilməsi, Azərbaycanın Avropa Birliyinə inqteqrasiyası, Gürcüstanda yaşayan azərbaycanlıların problemləri, hazırda məhkəməsi davam edən Hacı Məmmədov və onun bandasının cinayət əməlləri və digər məsələlər barədə müzakirə aparıblar.

Blok son zamanlar azad mətbuata qarşı göstərilən təzyiqlərlə əlaqədar sentyabrın 1-də ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirməyə qərar verib.

"Azadlıq" bloku həmçinin Gürcüstanda yaşayan azərbaycanlıların torpaq, təhsil və digər problemlərinin həll edilməməsini nəzərə alaraq Gürcüstandakı soydaşlarımızla əlaqədar xüsusi komisiya yaratmağa qərar verib.

Xəbər lenti

Xəbər lenti