...

İlham Əliyev İran İslam Respublikasının prezidentinə başsağlığı göndərib

Siyasət Materials 1 Sentyabr 2006 19:34 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran İslam Respublikasının (İİR) dövlət başçısı Mahmud Əhmədinejada başsağlığı göndərib. Trend xəbər verir ki, başsağlığında Azərbaycan prezidenti İİR-də baş verən təyyarə qəzası nəticəsində çoxsaylı insan təlafatından kədərləndiyini bildirib.

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar İİR prezidentinə, həlak olanların ailələrinə, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

Xəbər lenti

Xəbər lenti