Müxalifətyönlü Azərbaycançı Qüvvələr Birliyi (AQB) Sədrlər Şurası gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün sentyabrın ikinci yarasında toplaşacaq. Bu barədə Trend ə AQB-nin təsisçilərindən olan Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacıağa Nuri bildirib.
Qeyd edək ki, 2005-ci il parlament seçkiləri ərəfəsində Azərbaycan Sosial Demokrat Partiyası AQB sıralarını müvəqqəti tərk edərək "Yeni Siyasət" blokunda təmsil olundu. Parlament seçkilərindən sonra isə AQB-dən çıxmasını rəsmiləşdirdi. Vəhdət Partiyası isə 2006-cı ildə keçirilən təkrar parlament seçkiləri öncəsi AQB-ni tərk edib. Hazırda AQB-də İslam, Birlik və Xalq Dirçəliş Partiyaları təmsil olunur.
H.Nuri qeyd edib ki, 2005-ci il parlament seçkilərindən sonra AQB bir dəfə də toplantı keçirməyib: "Amma buna baxmayaraq qurumda təmsil olan Birlik Partiyası və Xalq Dirçəliş Partiyasının rəhbərləri ilə vaxtaşırı telefon əlaqəsi yaradırlar. Yəqin ki, avqustda toplantımızı keçirəcəyik".
H.Nuri onu da əlavə edib ki, sentyabrın ikinci yarasından sonra toplaşıb gələcək fəaliyyət istiqamətlərimizi müəyyənləşdirəcəyik: "Biz blok kimi siyasi səhnəni tərk etmək istəmirik. Ona görə ki, bizim ideyamız azərbaycançılıqdır. Bloku yaşatmaq fikrimiz var".