Oktyabrın 11-12-də Rumıniya prezidenti Trayan Baseskunun Azərbaycana rəsmi səfəri baş tutacaq. Bu barədə Trend ə bu gün eksklüziv olaraq Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov məlumat verib.
Rumıniya rəhbəri Bakıya Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə gələcək. Diplomatın sözlərinə görə, səfərə hazırlıq işləri başa çatmaq üzrədir.
T.Baseskunun səfəri çərçivəsində iqtisadiyyat və mədəniyyət sahələrdə, eləcə də terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlığa dair sazişlərin imzalanması nəzərdə tutulub.
E.Həsənov həmçinin əlavə edib ki, Rumıniya prezidentinin Azərbaycana səfərinə iki gün qalmış Bakıda Rumıniya-Azərbaycan hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək.