...

Azərbaycanın müdafiə naziri ilə ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Siyasət Materials 21 Sentyabr 2006 18:45 (UTC +04:00)

Sentybarın 21-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələrinin Avropa komandanının müavini, general Uilliam Uordun başçılıq etdiyi nümaynədə heyətini qəbul edib. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

S.Əbiyev qonaqları Azərbaycandakı hərbi-siyasi vəziyyət və Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olması ilə bağlı hərtərəfli məlumat verib. O qeyd edib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin məşğul olmasına və BMT-nin Təhlükəsizlik Şurasının işğalçı Ermənistanın Silahlı Qüvvələrinin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması haqqında 4 qətnamə qəbul etməsinə baxmayaraq Ermənistan dövləti bu tələbləri yerinə yetirmir.

S.Əbiyev həmçinin qonaqlara Azərbaycanın müstəqillik qazandıqdan sonra Avropanın təhlükəsizlik strukturları ilə əməkdaşlığa başladığı, beynəlxalq terrorizmə qarşı koalisiyada iştirak etdiyi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Kosovoda, İraqda, o cümlədən Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etməsi barədə məlumat verib.

General U.Uord isə öz növbəsində Azərbaycan dövlətinin antiterror koalisiyasında və Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib.

Tərəflər Azərbaycan-ABŞ hərbi əməkdaşlığının aspektləri ətrafında geniş fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti