...

Məşvərət Məclisi fəaliyyətini davam etdirmək barədə qərar qəbul edib

Siyasət Materials 25 Sentyabr 2006 13:18 (UTC +04:00)

İqtidaryönlü partiyaların Məşvərət Məclisi fəaliyyətini davam etdirmək barədə qərar qəbul edib. Bu barədə Trend ə adıçəkilən qurumun sədri, Demokratik Azərbaycan Dünyası Partiyasının lideri Məmməd Əlizadə bildirib.

Qeyd edək ki, M.Əlizadə Məşvərət Məclisinin fəaliyyətindən narazı olduğuna görə qurumun gələcək taleyinin sentyabrda müzakirə ediləcəyni bildirmişdi.

M.Əlizadə vurğulayıb ki, Məşvərət Məclisinin Sədrlər Şurasının növbəti toplantısında bu məsələ müzakirə olunub: "Bu vaxtadək fəaliyyətimizə mane olan obyektiv və subyektiv səbəblər müzakirə olundu. Belə qərara gəlindi ki, fəaliyyətimizi davam etdirək". M.Əlizadə onu da bildirib ki, MM-ə daxil olan bəzi partiya sədrləri arasında iş bölgüsü də aparılıb.

Respublikaçılar Partiyasının sədri Sübut Əsədov ictimai-siyasi partiyalarla əlaqələrə nəzarət edəcək. Tədbirlərin keçirilməsi və təşkil olunması sahəsinə isə Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov və Milli Dövlətçilik Partiyasının sədri Sabir Tarıverdiyevə həvalə olunub. Mətbuatla iş üzrə cavabdehliyi isə Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev daşıyacaq.

Xatırladaq ki, iqtidaryönlü partiyaların Məşvərət Məclisi 1998-ci ldə yaradılıb. Hakim Yeni Azərbaycan Partiyası daxil olmaqla qurumda 10-a yaxın partiya təmsil olunur.

Xəbər lenti

Xəbər lenti