...

AŞPA məruzəçisi Leo Platvoet: Dağlıq Qarabağ və Abxaziyada mənim məruzəmdə olan tövsiyyələrə əməl etmək istəyirlər

Siyasət Materials 27 Sentyabr 2006 10:30 (UTC +04:00)
AŞPA məruzəçisi Leo Platvoet: Dağlıq Qarabağ və Abxaziyada mənim məruzəmdə olan tövsiyyələrə əməl etmək istəyirlər

Dağlıq Qarabağ və Abxaziyada mənim məruzəmdə olan tövsiyyələrə əməl etmək istəyirlər. Bu barədə AŞPA-nın Cənubi Qafqazda əsir və itkin düşmüşlər üzrə məruzəçisi Leo Platvoet Trend ə eksklüziv olaraq məlumat verib.

Sentyabrın 18-dən 22-dək Dağlıq Qarabağ və Abxaziyaya səfəri zamanı AŞPA məruzəçisi Beynəlxalq Qırmızı Xaç Komitəsi, itkin düşmüşlərlə iş üzrə komitə, itkin düşmüş şəxslərin ailələri və yerli hökümət orqanlarının nümayəndələri ilə görüşüb.

L.Platvoetin sözlərinə görə, görüşlər zamanı yenə də bu məsələnin siyasi aspektinin mümkün qədər geriyə çəkilməsi və diqqəti humanitar aspektə yönəltmək haqqında danışılıb.

Diplomat maraqlı tərəflərin Beynəlxalq Qırmızı Xaç Komitəsinin mexanizmlərini həyata keçirmək üçün birgə işləmələrinə təkid edir. "Aydın idi ki, itkin düşmüş şəxslərin ailələri bunun hər iki tərəf üçün ümumi dərd olduğunu və əməkdaşlığın zəruri olduğunu dərk edir", - deyə L.Platvoet bildirib.

Ölkələrin bu məsələnin siyasiləşməsindən çəkinməyə və itkin düşmüş şəxslərin taleyini həll etmək üçün konkret addımlar atmağa hazır olub-olmadıqları barədə suala cavab olaraq L.Platvoyet qeyd edib ki, ölkələr buna hazırdırlar.

Xəbər lenti

Xəbər lenti