...

ATƏT-in fəaliyyətdə olan sədri: Dağlıq Qarabağda həlledici irəliləyişə olan ümidlər özünü doğrultmadı

Siyasət Materials 28 Sentyabr 2006 19:04 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri: Dağlıq Qarabağda həlledici irəliləyişə olan ümidlər özünü doğrultmadı

ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Karel de Quxt siyasi liderləri uzaqgörənlik göstərməyə və istənilən an yeni münaqişəyə çevrilə biləcək "dondurulmuş münaqişələr"in həlli üçün məsuliyyəti öz üzərlərinə götürməyə çağırıb. Trend xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidmətinin məlumatında qeyd olunub.

Belçika kralı II Albertin də iştirak etdiyi Daimi şuranın sessiyasında çıxış edən nazir bildirib ki, bütün Avropada sülh və təhlükəsizliyin bərqərar olunması üçün səmərəli vasitə rolunda çıxış edən təşkilat kimi ATƏT-ə etimadı qaytarmaq lazımdır.

Karel de Quxt bildirib ki, "dondurulmuş münaqişələr" bizə dünyanın dəyişkən olduğunu və buna hər gün diqqət yetirmək lazım olduğunu xatırladır. O qeyd edib ki, bu il ATƏT-də sədrlik edən Belçika ATƏT ərazisində həll edilməmiş münaqişələri həll etməyə çalışıb.

"Təəssüflə etiraf etmək lazımdır ki, hər halda indiyədək heç bir nəticə əldə olunmayıb. Müəyyən mənada Dağlıq Qarabağda həlledici irəliləyişə olan ümidlər özünü doğrultmayıb. Cənubi Qafqazda vəziyyət gərgin olaraq qalır. Dnestryanıda danışıqlar çıxılmaz vəziyyətə düşüb", - deyə nazir bildirib.

Fəaliyyətdə olan sədr qeyd edib ki, münaqişənin həlli üçün başlıca prinsiplər məlum idi və onların həlli üçün elementlər var idi. Bunların açarı siyasi iradə idi.

Karel de Quxt qeyd edib ki, ATƏT-ə qarşı etimadı əməkdaşlıq, preventiv diplomatiya, iqtisadi inkişaf və demokratik institutların irəliləməsi vasitəsilə bərpa etmək lazımdır.

Xəbər lenti

Xəbər lenti