...

Çjan Xayçjou: Çin və Azərbaycan arasında münasibətlər daha da intensiv inkişaf etməyə başlayıb

Siyasət Materials 29 Sentyabr 2006 21:00 (UTC +04:00)

2005-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri zamanı hökumətlərarası sazişlərin imzalanması ölkələrimiz arasında daha da intensiv münasibətlər üçün stimul oldu. Trend in xəbər verdiyi kimi, bunu bu gün Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Çjan Xayçjou ÇXR-in Müstəqillik gününün bayram edilməsi ilə bağlı keçirilən qəbulda bəyan edib.

Onun sözlərinə görə, müstəqillik əldə etdikdən sonra Çin yoxsulluqdan çıxaraq güclü inkişaf etməyə başlayıb. Diplomatın sözlərinə görə, Çin digər ölkələrlə münasibəti qarşılıqlı səmərə əsasında qurur.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan prezidenti adından Çin xalqını Müstəqillik günü münasibəti ilə təbrik edib. Onun sözlərinə görə, ölkələrimiz arasında münasibətlər gələcəkdə də uğurla inkişaf edəcək.

Xəbər lenti

Xəbər lenti