...

Finlandiya XİN başçısı: Fəaliyyət planı AB-Azərbaycan əməkdaşlığı üçün mövkəm əsas olacaq

Siyasət Materials 3 Oktyabr 2006 18:13 (UTC +04:00)
Finlandiya XİN başçısı: Fəaliyyət planı AB-Azərbaycan əməkdaşlığı üçün mövkəm əsas olacaq

Avropanın Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planı AB ilə Azərbaycan arasında əməkdaşlıq üçün mövkəm əsas olacaq. Trend in xəbər verdiyi kimi, bunu bu gün Avropa Birliyi (AB) "Üçlüyü"nün nümayəndə heyətinin rəhbəri, Finlandiyanın xarici işlər naziri Errki Tuomioya "Üçlüyü"n Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, fəaliyyət planı 5 il müddətinə nəzərdə tutulub. Sənəd həm siyasi, həm də iqtisadi və sosial məsələləri özündə birləşdirir. Fəaliyyət Planına əsasən, AB ilə Azərbaycan arasında əməkdaşlıq insan haqlarına ehtiram, qanunun aliliyi, dövlət sərhədlərinin sarsılmazlığı və s. bu kimi ümumavropa standartları əsasında qurulacaq.

Avropa Komissiyasının Azərbaycandakı xüsusi nümayəndəsi Alan Vadams isə bildirib ki, hər altı aydan bir Avropanın Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planının həyata keçirilməsi üzrə monitorinq keçiriləcək. "Fəaliyyət Planı ikitərəfli sazişdir. O, Azərbaycan və AB-nin yerinə yetirəcəyi öhdəlikləri ehtiva edir", - deyə A. Vadams əlavə edib.

Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı sualı şərh edən A. Vadams qeyd edib ki, AB ədalətli seçkilərin keçirilməsi üçün Azərbaycan hökumətinə yardım edəcək.

Xəbər lenti

Xəbər lenti