...

Qənirə Paşayeva: AŞ PA-nın Monitorinq Komitəsi Ermənistanda dondurulmuş münaqişələri müzakirə edəcək

Siyasət Materials 5 Oktyabr 2006 19:21 (UTC +04:00)
Qənirə Paşayeva: AŞ PA-nın Monitorinq Komitəsi  Ermənistanda dondurulmuş münaqişələri müzakirə edəcək

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi yaxın vaxtlarda Ermənistanda keçirəcəyi toplantıda keçmiş sovet məkanındakı dondurulmuş münaqişələri müzakirə edəcək. Trend millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümaynədə heyətinin üzvü Qənirə Paşayevaya istinadən xəbər verir ki, bu barədə qərar Monitorinq Komitəsinin oktybarın 5-də Strasburqda keçirilən toplantısında qəbul olunub.

Q.Paşayevanın sözlərinə görə, Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağ müunaqişəsi də bu müunaqişələr sırasındadır və bu məsələ də diqqət mərkəzində olacaq.

"Bundan əlavə, AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin rəhbəri Rassel Contstonun regiona səfəri müzakirə edildi. Rassel Contston yaxın vaxtlarda Azərbaycana, Dağlıq Qarabağa və Ermənistana səfər edəcək. Toplantıda AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andreas Herkel və Toni Lloydun oktyabrın sonuna planlaşdırılan səfəri də müzakirə olunub. Müzakirələr zamanı əsas diqqət "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun və Seçki Məcəlləsi ilə bağlı müzakirələrə yönəldilib" - deyə Q.Paşayeva bildirib.

Q.Paşayevanın sözlərinə görə, toplantıda müzakirəyə çıxarılan məsələlərdən biri də media üzrə Alt Komitənin noyabr ayında, Siyasi Komitənin isə dekabr ayının 11-də Bakıda planlaşdırılan toplantısı olub.

Xəbər lenti

Xəbər lenti