...

German Qref: Rusiya və Gürcüstan iqtisadiyyatı müsbət münasibətlərin qurulmasından daha çox qazanc əldə edə bilərdilər

Siyasət Materials 6 Oktyabr 2006 14:00 (UTC +04:00)
German Qref: Rusiya və Gürcüstan iqtisadiyyatı müsbət münasibətlərin qurulmasından daha çox qazanc əldə edə bilərdilər

Rusiya və Gürcüstan iqtisadiyyatı müsbət münasibətlərin qurulmasından daha çox qazanc əldə edə bilərdilər. Trend xəbər verir ki, bu barədə bu gün Bakıda Rusiyanın iqtisadi inkişaf və ticarət naziri German Qref bildirib.

"Biz bu cür vəziyyətin yarandığına görə çox təəssüf edirik", - deyə o bildirib.

Bununla yanaşı, German Qref hesab edir ki, ölkələr arasında hazırki vəziyyət Rusiya iqtisadiyyatına çox da təsir göstərməyəcək, çünki RF-nin əmtəə dövriyyəsinin strukturunda Gürcüstanın çox az payı var.

Xəbər lenti

Xəbər lenti