...

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsi seçkiləri müşahidə edib

Siyasət Materials 6 Oktyabr 2006 19:20 (UTC +04:00)

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsi bu gün - 6 oktyabr 2006-cı il tarixində keçirilən təkrar, əlavə, yeni və ilk bələdiyyə seçkilərinin öz hesabına monitorinqini aparır. Bu barədə Trend ə Milli Komitənin sədri Arzu Abdullayeva əlumat verib.

93 saylı Bərdə seçki dairəsinin 8 və 10 saylı məntəqələrində seçki prosesini müşahidə edən HVA-nın Bərdə bölməsinin rəhbəri Ələmşah Rəhimovun günorta saatlarında verdiyi məlumata görə, seçki çox sakit, qanun pozuntularına yol verilmədən keçib. Saat 15:30 üçün 93 saylı şəhər dairəsinin 40 saylı məntəqəsindən alınan məlumata görə, bir nəfər şəxsiyyətini təsdiq edən sənədi olmadan səsvermədə başqasının əvəzinə iştirak etməyə cəhd göstərib. Məntəqə seçki komissiyasının sədri Əliyev Rəhim Milli Komitənin nümayəndəsinə təzyiq göstərib, sənədlərlə tanışlığa imkan verməyib və sonda müşahidəçi məntəqəni tərk etməli olub.

Qusar rayon bölməsinin rəhbəri Fazil Mahmudovun müşahidə apardığı 51 saylı seçki dairəsindən verdiyi məlumata əsasən, burada da seçkilər sakit keçib. Buzovna seçki dairəsindən müşahidəçi Aytəkin İsmayılovadan alınan
məlumata görə, saat 13:15 radələrində 1 nəfər şəxs xarici pasportla səsvermədə iştirak edib, məntəqənin katibi Quliyeva İradə isə ikinci dəfə səs verib.

107 saylı Qazax seçki dairəsindən müşahidəçisi Xamis Məsimovdan alınan məlumata görə, 31 saylı Qaymaqlı, 23-24 saylı Yuxarı Salahlı, 22 saylı Aşağı Salahlı, o cümlədən, 108 saylı Ağstafa seçki dairəsi üzrə 12 saylı Göyçəli, 15 saylı Köhnə Qışlaq, 23 saylı Poylu, 28 saylı Kol Xəlfəli, 31 saylı Qarayazı, 34 saylı Böyük Kəsik seçki məntəqələrində passiv səsvermə müşahidə olunub.

Qeyd edək ki, HVA Milli Komitəsinə məlumatlar daxil olmaqda davam edir.

Xəbər lenti

Xəbər lenti