...

Azərbaycan və Belarus mədəniyyət sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Siyasət Materials 10 Oktyabr 2006 13:22 (UTC +04:00)
Azərbaycan və Belarus mədəniyyət sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan və Belarus mədəniyyət sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 10-da hər iki ölkənin mədəniyyət nazirləri Əbülfəz Qarayev və Vladimir Matveyçuk görüşləri zamanı bildirib.

Azərbaycanın mədəniyyət və turizm naziri Ə.Qarayev Belarusla mədəniyyətin bütün sahələrində, xüsusilə mədəni turizm, vokalçıların birgə müsabiqəsinin, rəsm sərgilərinin və s. təşkili sahəsində daha intensiv əməkdaşlıq etmək niyyətini bildirib. Ə.Qarayev Azərbaycan tərəfinin ölkənin gənc ifaçılarının "Slavyan bazarı" musiqi müsabiqəsinə göndərilməsi ilə bağlı istəyini də qeyd edib. "Hərtərəfli əməkdaşlıq üçün bizim böyük potensialımız var və biz bundan istifadə etmək niyyətindəyik", - deyə nazir vurğulayıb.

Belarusun mədəniyyət naziri azərbaycanlı həmkarının niyyətlərini dəstəkləyib və bu istiqamətdə fəal iş aparmağa hazır olduğunu bildirib. Tərəflər mədəni turizm, hər iki ölkənin görməli yerlərinə turist marşrutlarının, vətəndaşların müalicə sanatoriyalarında istirahətinin təşkili sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb.

Xəbər lenti

Xəbər lenti