...

Qara dəniz hövzəsi Beynəlxalq gəmi sahibləri Assosiasiyasının doqquzuncu toplantısı Bakıda öz işinə başlayıb

Siyasət Materials 10 Oktyabr 2006 14:16 (UTC +04:00)

Bu gün Qara dəniz hövzəsi Beynəlxalq gəmi sahibləri Assosiasiyasının (BİNSA) doqquzuncu toplantısı Bakıda öz işinə başlayıb. Trend xəbər verir ki, görüş Azərbaycan Dövlət Xəzər dəniz gəmiçiliyinin rəisi, həmin təşkilatın prezidenti Aydın Bəşirovun sədrliyi altında keçir.

Onun sözlərinə görə, BİNSA Qara və Xəzər dənizləri hövzələrində böyük rol oynayır. "Bu, QİƏT ölkələri Xarici İşlər Nazirlikləri Şurasının toplantısının qərarını da təsdiq edir. Toplantının yekununa görə, BİNSA ilk dörd beynəlxalq qeyri-hökümət təşkilatları (BQHT) arasında Sektoral dialoq əməkdaşlığının statusunu uzadıb", - deyə Aydın Bəşirov bildirib.

Toplantı zamanı Assosiasiyanın tərkibi məsələsi, BİNSA şurasının əvvəlki toplantısından sonrakı dövrdə görülmüş işlər, Assosiasiyanın maliyyələşdirilməsi, BİNSA-nın strukturu və tərkibi, təşkilatın nizamnməsindəki dəyişikliklər, 2006-2007-ci illər üçün iş planı, ABAROS layihəsi, icra orqanlarının seçilməsi, on birinci toplantının gündəliyi haqqında katibliyin hesabatı nəzərdən keçirilir.

Görüşdə Azərbaycan, Rusiya, Gürcüstan, Ukraynanın dəniz administrasiyalarının nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti