...

Rumıniya prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb

Siyasət Materials 11 Oktyabr 2006 16:42 (UTC +04:00)

Rumıniya prezidenti Trayan Baseskunun Azərbaycana rəsmi səfəri başlayıb. Trend in xəbər verdiyi kimi, hava limanında yüksək qonağı ölkənin baş naziri Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşılayıb.

Xüsusi ayrılmış iqamətgaha baş çəkdikdən sonra Rumıniyanın dövlət başçısı Azərbaycan prezidentinin İcra Aparatına gəlib. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevlə təktəbək, hökumət nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli danışıqlar aparılacaq, ikitərəfli sənədlərin imzalanması mərasimi, həmçinin, dövlət başçılarının brifinqi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti