...

"McDermott" şirkəti: İş yerlərinin ixtisarı təbii bir prosesdir

Siyasət Materials 13 Oktyabr 2006 20:53 (UTC +04:00)
"McDermott" şirkəti: İş yerlərinin ixtisarı təbii bir prosesdir

Layihə dövründə artan fəallıq və iş yerlərinin artım mərhələsinin iş sona çatdıqca bu fəallığın aşağı enməsi və işçi ştatının azalması ilə əvəz olunduğu bir vaxtda iş yerlərinin ixtisarı tamamilə təbii bir prosesdir. "McDermott"dan Trend ə eksklüziv olaraq bildiriblər ki, şirkət, ABƏŞ və BP-nin digər podratçıları şirkətləri kimi, bu təcrübəni 2006-cı ilin əvvəlindən bəri tətbiq etməyə başlayıb.

"Bizim ABƏŞ ilə müqaviləmiz boru kəmərlərinin çəkilməsini və platformalar üçün dörd iri kompleks üst tikilisini nəzərdə tutur. Onlardan üçünün inşası artıq başa çatıb. Dördüncü platformanın inşasını isə 2007-ci ilin yayına kimi başa çatdırmaq planlaşdırılıb. Bir az bundan qabaq isə biz proqnozlaşdırdığımız kimi iş həcminin azalması ilə rastlaşmağa başlamışıq, bu isə o deməkdir ki, bəzi işçi personalının sayını ixtisar etməyə məcbur olacağıq. Amma layihə hələ başa çatmadığından və quraşdırma işlərinin və "Şərqi Azəri" platformasının istismara verilməsi başa çatmadığından, bu ixtisarın miqyasları barədə danışmaq hələ tezdir", - deyə "McDermott"dan bildiriblər.

Şirkətdə qeyd ediblər ki, Kompressor və Suvuran platformaları və "Mərkəzi Azəri" platforması üçün kompress modullarının quraşdırılmasından əlavə, "McDermott", "Günəşli" yatağının dərinsulu hissəsinin işlənilməsi çərçivəsində sualtı boru kəmərinin inşası da daxil olmaqla, boru kəmərlərinin çəkilməsi üzrə bir neçə layihələrin əldə olunmasına nail olub.

"Biz hələ bu layihələrdə iştirak edəcək yüksək ixtisaslı işçi personalının sayının dəqiqləşdirilməsi ilə məşğul olmalı olacağıq. İşlərin lap qızğın vaxtında modullarda 200-ə yaxın işçinin işləyəcəyi gözlənilir. Bunlar qaynaqçılar, su çilingərləri, strukturşiklər, elektriklər, çilingər-montajçılar, neft buruqları üzrə inşaatçılar, rəngsazlar və inşaatçılar olacaqlar", - deyə şirkətdən bildiriblər.

"Şərqi Azəri"nin üst tikililərinin dənizə göndərməyə hazır olduğu bir vaxtda - iyulun ortalarından oktyabrın ortalarınadək olan bir müddətdə "McDermott"da 190 nəfərlik yerli işçi ştatı ixtisara salınıb. Cari rəhbər heyətin yerli fəhlə heyətinə nisbətən tərkibi:

- cəmi 81, 5% - yerli kaldrlar.

- saata görə ödəniş - 86, 6% - yerli kaldrlar.

-inzibati qulluqçular - 78.6% - yerli kadrlar.

"İlin sonuna kimi 1800 nəfərlik işçi ştatının 1000 nəfərədək ixtisara salınması gözlənilir. Tikinti sahəsində işlər həmişə və hər yerdə müvəqqətidir və bu, təbiidir. Amma "McDermott"da işlədikləri zaman bizim işçilərimizin, digərlərindən fərqli olaraq, çoxlu sayda treninqlər nəticəsində yüksək ixtisasa malik olmaları bizimlə müqavilənin müddəti başa çatdıqdan sonra onlara başqa yerlərdə tikinti sahəsində iş tapmağa köməklik edəcək", - deyə "McDermott"dan bildiriblər.

"Biz həm işçilərimiz, həm də ictimaiyyət tərəfindən başa düşüləcəyimizə ümid edirik. Çünki, həqiqətən də, işçi qüvvəsi iş həcminə ekvivalent olmalıdır. İşçilərin ixtisarı zamanı bizim əsas məqsədimiz isə yerli, azərbaycanlı işçilərin sayını mümkün qədər saxlamaq olacaqdır", - deyə "McDermott"in vitse-prezidenti və baş menecer Den Hauzer bildirib.

"Biz "McDermott"ın Qazaxıstanda, Rusiyada, Türkmənistanda yaxşı iş əldə etmək üçün şans olduğuna əminik. Bu ölkələrdə neft-qaz sektorunda tikinti işlərinin həcmi hələ indi-indi artmaqdadır. Düşünürük ki, həm Azərbaycan şirkətlərinin, həm də Azərbaycanda işləyən xarici şirkətlərin Xəzər regionunun digər ölkələrində müqavilə əldə etmək imkanı olacaq. Biz gələcəkdə də çalışacağıq ki, Azərbaycanın tikinti sektorunun və yaxın illərdə yerli iqtisadiyyatın əsas sponsorlarından biri olaq", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti