...

ABŞ hökuməti Azərbaycanda İcma İnkişafı Fəaliyyəti Proqramının başlandığını bildirib

Siyasət Materials 17 Oktyabr 2006 12:44 (UTC +04:00)

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Azərbaycanda İcma İnkişafı Fəaliyyəti Proqramının başlandığını bildirib. ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, layihə Qax və Zaqatala rayonlarında tətbiq olunacaq.

ABŞ-ın bu fəaliyyəti Azərbaycanda su və enerji təchizatı layihələrinin dəstəklənməsinə, o cümlədən məktəblərin bərpasına yönəldilib. Qrafikə əsasən, oktyabrın 17-də Qax rayonunun Ləkit kəndində su sisteminin bərpasına həsr olunmuş mərasim keçiriləcək. Həmin gün Qax rayonunun Qaxbaş kəndində isə elektrik sisteminin yaxşılaşdırılması layihəsi üzrə mərasim keçiriləcək. Oktyabrın 19-da Zaqatala rayonunun Yolayrıc, Yengiyan, Yuxarı Çardaxlar kəndlərində məktəbin təmiri və su sisteminin yaxşılaşdırılması üzrə layihələrin açılışı olacaq.

Xəbər lenti

Xəbər lenti