...

Prezident Lukaşenko: Dialoqun yüksək səviyyədə fəallaşdırılması Belarus və Azərbaycan arasında əlaqələrin genişləndirilməsinə səbəb olacaq

Siyasət Materials 17 Oktyabr 2006 17:31 (UTC +04:00)

Dialoqun yüksək səviyyədə fəallaşdırılması Belarus və Azərbaycan arasında əlaqələrin genişləndirilməsinə səbəb olacaq. Trend Beltaya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Minskdə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşü zamanı bildirib.

Belarus lideri vurğulayıb ki, iki dövlətin dinamik şəkildə inkişaf edən iqtisadiyyatı, onların əhəmiyyətli istehsalat potensialı qarşılıqlı marağa səbəb olur və məsələlərin geniş spektri üzrə daha fəal birgə işi zəruri edir.

Aleksandr Lukaşenkonun sözlərinə görə, ölkələr müstəqillik əldə etdikdən sonra bu, Azərbaycan prezidentinin Belarusa ilk səfəridir. "Bu gün biz işgüzar şəraitdə bir sıra ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək, əməkdaşlığın perspektiv istiqamətlərini müəyyən etmək imkanına malikik", - deyə Belarusun dövlət başçısı öz həmkarına müraciət edib. Onun sözlərinə görə, yaxın vaxtlarda Belarus və Azərbaycan sənaye və energetikada böyük birgə layihələr reallaşdırmalıdırlar. Tərəflər əmtəə dövriyyəsinin artırılması, Belarus və Azərbaycanın təsərrüfat subyektləri arasında möhkəm əlaqələrin nizamlanması, onlara uzunmüddətli xarakterin verilməsində heç də bütün imkanlardan istifadə etmirlər.

Aleksandr Lukaşenko məmnunluqla qeyd edib ki, son illər Belarus və Azərbaycan arasında əmtəə dövriyyəsi çox sürətlə artır. 2005-ci il ərzində əmtəə dövriyyəsi təxminən 30 mln. ABŞ dollarına çatıb və 2004-cü illə müqayisədə 85%-dən çox artıb. "Dinamika yaxşıdır, lakin absolyut rəqəmlərlə əmtəə dövriyyəsi çox cüzidir. Biz daha böyük əmtəə dövriyyəsinə malik ola bilərik, onu dəfələrlə artıra bilərik. Əminəm ki, İlham Əliyevin Belarusa səfərindən sonra belə də olacaq", - deyə Belarus prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti