...

Fransa Azərbaycanla ikitərəfli münasibətlərin səviyyəsindən razıdır

Siyasət Materials 25 Oktyabr 2006 12:40 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci ilin yanvar ayında Fransaya dövlət səfəri zəminində ikitərəfli münasibətlərin inkişafı qənaətbəxşdir. Bu barədə Fransanın xarici işlər naziri Filipp Düst - Blazi Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla görüşü zamanı bildirib. Trend xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin məlumatında qeyd olunub.

Fransanın XİN başçısı ticarət münasibətlərinin uğurla inkişaf etdiyini, ötən il iki ölkə arasında əmtəə dövriyyəsinin üç dəfə artdığını və 500 mln. avroya çatdığını qeyd edib. Nazirin sözlərinə görə, fransız şirkətləri Azərbaycanda yaxşı təmsil olunublar, iki ölkə arasında mülki müdafiə və mədəniyyət sahəsində mühüm əməkdaşlıq başlayıb.

Fransa ABŞ və Rusiya ilə yanaşı ATƏT-in Minsk qrupunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrlik edir. Nazir qeyd edib ki, bu aspektdə Azərbaycan, Ermənistan və Fransa XİN başçılarının Minsk qrupunun həmsədrləri ilə görüşü münaqişənin nizamlanması prosesində irəliləyişə səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti