...

AYİB Azərbaycanın sosial-iqtisadi inkişafından razıdır

Siyasət Materials 26 Oktyabr 2006 18:11 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 26-da Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) direktoru xanım Karina Rautalanın başçılıq etdiyi bankın nümayəndə heyətini qəbul edib.

Trend xəbər verir ki, dövlət başçısı bankın ölkədə həyata keçirdiyi layihələrdən məmnun qaldığını bildirib. İ.Əliyevin sözlərinə görə, bölgənin qeyri-neft sektorunun inkişafı Azərbaycan rəhbərliyinin siyasətində prioritetdir. O ümidvar olduğunu bildirib ki, AYİB ilə əməkdaşlıq ölkənin iqtisadi inkişaf prosesinə öz töhfəsini verəcək.

K.Rautala bildirib ki, səfərin əsas məqsədi - sosial-iqtisadi inkişafla tanışlıq və bu barədə daha ətraflı məlumat almaqdır. Keçirilmiş görüşlər, bölgələrə, o cümlədən Səngəçal terminalına səfər isə Azərbaycanda əldə olunmuş uğurlarla yaxından tanış olmaq imkanı yaradır. K.Rautalanın sözlərinə görə, Azərbaycanda həqiqətən də bütün sahələrdə böyük uğurlar əldə olunub və böyük layihələr həyata keçirilir. O əlavə edib ki, AYİB gələcəkdə də iqtisadi layihələrin reallaşdırılmasında Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti