...

İlham Əliyev Azərbaycan-Rusiya əməkdaşlığındakı böyük nailiyyətləri qeyd edir

Siyasət Materials 30 Oktyabr 2006 13:01 (UTC +04:00)

"Rusiya hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində səmimi səy göstərir. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiyada akkreditə olunmuş bir sıra xarici KİV-ə müsahibəsində bu münaqişənin nizamlanmasında Rusiyanın rolu ilə bağlı sualı cavablandırarkən bəyan edib.

Prezidentin sözlərinə görə, Rusiya Azərbaycanın qonşusudur. Bu ölkə Ermənistanın isə qonşusu deyil və onunla sərhədi yoxdur. Rusiya münaqişənin həllinin tapılmasına yardım etmək mandatına malik olan ATƏT-in Minsk qrupunun həmsədridir. "Rusiya rəsmiləri ilə iş təcrübəmiz və onların bu münaqişənin həlli ilə bağlı apardıqları siyasət müsbətdir. Biz Rusiya ilə Azərbaycan arasında həll edilməmiş bütün problemlərin aradan qaldırılmasına nail olmuşuq. Bu gün ölkələr iqtisadi, siyasi və mədəni inkişaf sahələrində çox yaxşı nailiyyətlər əldə edib", - deyə dövlət başçısı bildirib.

İlham Əliyev hesab etmir ki, Rusiyanın Ermənistanla yaxşı münasibətlərə malik olması Azərbaycanla ikitərəfli münasibətlərə mane olur. "Əgər Ermənistan və Azərbaycanı müqayisə etsək, onda hansı ölkənin vacib olduğunu görərik. Əməkdaşlıq, enerji, coğrafi mövqe, siyasi vəziyyət, geosiyasi mövqe baxımından və istənilən digər nöqteyi-nəzərdən Ermənistanla Azərbaycanın əhəmiyyətini, əlbəttə ki, müqayisə etmək olmaz", - deyə dövlət başçısı hesab edir.

Xəbər lenti

Xəbər lenti