...

Azərbaycan prezidenti Gürcüstanın mədəniyyət və idman nazirini qəbul edib

Siyasət Materials 30 Oktyabr 2006 16:50 (UTC +04:00)

Azərbaycan və Gürcüstan arasında münasibətlər əməkdaşlığın bütün istiqamətlərində uğurla inkişaf edir. Trend in xəbər verdiyi kimi, bunu Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın mədəniyyət, abidələrin qorunması və idman naziri Georgi Qabaşvilini qəbul edərkən bəyan edib.

Dövlətimizin başçısı gürcüstanlı nazirin hazırki səfərinin humanitar sahədə əməkdaşlığın daha da inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirib.

G. Qabaşvili Azərbaycan və Gürcüstan arasında münasibətlərin uğurlu inkişafından məmnun olduğunu bildirib. Nazir səfər çərçivəsində Azərbaycan tərəfi ilə keçirilən görüşlər barədə prezidentə məlumat verib.

Xəbər lenti

Xəbər lenti