...

Azərbaycan və AB enerji sahəsində əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinədək inkişafında maraqlıdır

Siyasət Materials 31 Oktyabr 2006 10:53 (UTC +04:00)

Azərbaycan və Avropa Birliyi (AB) enerji sahəsində əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinədək inkişafında maraqlıdır. Azərbaycan XİN-in mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, bu barədə AB-Azərbaycan Əməkdaşlıq Komitəsinin bu günlərdə Brüsseldə keçirilmiş iclasında bəyan edilib.

İclas Avropa Komissiyasının xarici əlaqələr üzrə baş direktorunun müavini Fokion Fotiadis və Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərliyi altında keçib. İclasda gələcək əməkdaşlığın perspektivləri, o cümlədən yaxın zamanlarda Fəaliyyət Planının qəbul edilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər Qara dəniz və Xəzər dənizi bölgələrinin ölkələri arasında nəqliyyat və enerji sahəsində əməkdaşlığın gücləndirilməsinə dair məsləhətləşmələr də aparıb.

Xəbər lenti

Xəbər lenti