...

Moskvada MDB Parlamentlərarası Assambleyasının növbəti toplantısı keçiriləcək

Siyasət Materials 1 Noyabr 2006 18:33 (UTC +04:00)

Noyabrın 15-16-da Moskvada MDB Parlamentlərarası Assambleyasının növbəti toplantısı keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin MDB PA-dakı nümayəndəsi Aydın Cəfərov bildirib.

A.Cəfərov iclasda Azərbaycanın nümayəndə heyətinin də iştirak edəcəyini bildirsə də, nümayəndə heyətinə kimlərin daxil olacağı barədə məlumatsız olduğunu deyib.

Onu da bildirək ki, noyabrın 15-də MDB PA-nın daimi komissiyalarının (Hüquq məsələləri,sosial siyasət və insan hüquqları, siyasi məsələlər və beynəlxalq əməkdaşlıq, iqtisadiyyat və maliyyə məsələləri) iclaslarının keçirilməsi də planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti