...

BQP Siyasi Qurulun tərkibi formalaşdırılacaq

Siyasət Materials 2 Noyabr 2006 13:38 (UTC +04:00)

Böyük Quruluş Partiyasının (BQP) noyabrın 4-də keçiriləcək Siyasi Qurulunun iclasında qurumun üzvləri seçiləcək. Bu barədə Trend ə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

F.Qəzənfəroğlu ona da qeyd edib ki, Siyasi Qurulun tərkibi 21 nəfərdən formalaşdırılacaq. Bundan sonra isə partiya sədrinin müavinlərinin təyinatı ilə bağlı məsələlər müzakirə olunacaq. Partiya sədri bildirib ki, bu prose sbir qədər sonra həyata keçiriləcək. Üç müavin postuna namizədlər sədr tərəfindən veriləcək və partiyanın Ali Məclisində təsdiqlənəcək. Artıq namizədlər müəyyənləşdirilib. Amma onların adlarının açıqlanması məsləhət görülməyib.

Müxalifətyönlü BQP 2003-cü ildə yaradılıb. Partiyanın sentyabrın 30-da keçirilən qurultayında F.Qəzənfəroğlu sədr seçilib.

Xəbər lenti

Xəbər lenti