Yunanıstanın Azərbaycandakı səfiri Temistokles Dimidis Zaqatala rayonuna səfər edib. Yunanstan səfirliyindən Trend ə verilən məlumata görə, səfərdə məqsəd Zaqatala rayonunun Mosul kənd orta məktəbində təmir işlərinin gedişi ilə tanışlıqdan ibarətdir.
Təmir işlərini Yunanıstan XİN-in İnkişafa Dəstək Beynəlxalq Xidməti maliyyələşdirir və bu, Azərbaycanda təhsil, səhiyyə və mədəniyyətin inkişafı sahəsində həyata keçirilən növbəti tədbirdir.
"Səfər çərçivəsində səfir rayonun icra hakimiyyəti başçısı ilə görüşüb və gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib", - deyə səfirlikdən bildirilib.