Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev Tacikistan prezidenti İmoməli Rəhmanova yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik məktubu göndərib.
Dövlət başçısı məktubunda əminliyini bildirib ki, birgə səylər bundan sonra da ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın möhkəmlənməsinə və inkişafına yönəldiləcək.