...

Boqdan Boruseviç: BSU-da Polşa dili və Mədəniyyəti Mərkəzinin açılması ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verir

Siyasət Materials 9 Noyabr 2006 16:19 (UTC +04:00)

Bakı Slavyan Universitetində Polşa dili və Mədəniyyəti Mərkəzinin açılması Polşa və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksə səviyyəsindən xəbər verir. Trend in məlumatına görə, bu barədə noyabrın 9-da Bakıda Bakı Slavyan Universitetinin kollektivi ilə görüşdə Polşa Senatının sədri Boqdan Boruseviç bəyan edib. Boqdan Boruseviç Azərbaycana səfəri çərçivəsində BSU-ya baş çəkərək, burada Polşa dili və Mədəniyyəti Mərkəzini açıb. Tələbələr qarşısında çıxış edən B.Boruseviç qeyd edib ki, BSU-nun Polşaşünaslıq fakultəsində oxuyan tələbələr təhsillərini Polşada davam etdirmək imkanı əldə edəcək.

Universitetin rektoru Kamal Abdullanın sözlərinə görə, hazırda Polşaşünaslıq fakultəsində 70-dən çox tələbə təhsil alır, məzunların sayı isə 82 nəfərdir. Xatırladaq ki, BSU-da Slavyan dilli ölkələrin 10-dan çox mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti