Gəncədə "Jurnalistlərin iqtisadi və hüquqi maarifləndirilməsi mərkəzi" ictimai birliyinin təsis edilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Trendin xəbər verdiyi kimi tədbirdə mərkəzin direktoru və birliyin təsisçilərindən biri Məqsəd Rəhimov çıxış edərək qeyd edib ki, bu gün həm reqionlarda, həm də Bakıda jurnalistlərin iqtisadi və hüquqi maarifləndirilməsinə böyük ehtiyac var.
Rəhimov əlavə edib ki, yeni təsis edilən bu birlik müxtəlif layihələrin köməkliyi ilə respublikanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən jurnalistləri bir araya gətirmək, onları iqtisadi və hüquqi maarifləndirmə işinə cəlb etməklə bu sahədə təcrübəni artırmaq istəyir. Mərkəz direktorunun fikrincə, birliyin bazasında media nümayəndələri üçün müxtəlif mövzularda treninq-seminarlar, dəyirmi masalar və konfranslar təşkil edilməsi nəzərdə tutulur.
Rəhimov onu da vurğuladı ki, birliyin sənədələri bu yaxınlarda Ədliyyə Nazirliyinə təqdim olunacaq.