...

Noyabrın 16-da ABŞ-ın "Umcor" təşkilatı Azərbaycandakı fəaliyyətinin 10 illiyini qeyd edib

Siyasət Materials 16 Noyabr 2006 18:45 (UTC +04:00)

Noyabrın 16-da ABŞ-ın "Umcor" təşkilatı Azərbaycandakı fəaliyyətinin 10 illiyini qeyd edib. Trend xəbər verir ki, tədbirdə Azərbaycan Nazirlər Kabinetinin və digər nazirliklərin, ABŞ və Avropa səfirliklərinin nümayəndələri iştirak ediblər.

Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri Fəxriyyə Mehdiyeva tədbir iştirakçılarına təşkilat nümayəndəliyinin fəaliyyəti barədə məlumat verib. O bildirib ki, təşkilat Azərbaycanda 10 illlik fəaliyyəti dövründə bir çox humanitar layihələr həyata keçilirb. Qaçqın və məcburi köçkünlərə və Azərbaycanda olan 11 min qaçqın statusu almaq istəyən şəxsə tibbi yardımlar göstərilib, dərman preparatları verilib.

Mərasimdə çıxış edənlər təşkilatın bu fəaliyyətini yüksək qiymətləndirərək gələçəkdə daha geniş layihələrlə çıxış etməyi arzulayıblar.

Xəbər lenti

Xəbər lenti