Bu gün gecə Zaqafqaziyadakı Rusiya qoşunları qrupu qərargahının hərbi texnika və silahlarının qalan hissəsi Tbilisidən çıxarılıb. Rusiya silahları kolonnasını Gürcüstanın hərbi polisi müşayiət edib.
Trend in xüsusi müxbiri xəbər verir ki, texnika Vaziani qəsəbəsində eşelona yüklənib və oradan bu gün səhər Axalkalakiyə yola düşüb.
Rusiya tərəfi ZRQQ-in Tbilisidəki qərargahında qalan silahları bir həftə əvvəl aparmağa başlayıb. Sonuncu partiya noyabrın 23-də aparılmalı idi, lakin həmin gün Gürcüstanda Müqəddəs Giorgi bayramı və "Qızılgül inqilabı"nın üçüncü ildönümü qeyd olunur.
Ona görə də texnika əvvəldən çıxarılıb.
Gürcüstan MN-in qərarı ilə Rusiya qoşunlarının tam çıxarılmasına qədər Tbilisidə 13 nəfərdən ibarət əməliyyat qərargahı qalacaq.