...

Ədliyyə naziri: 2006-cı il Azərbaycanın Ədliyyə Nazirliyi üçün əlamətdar olub

Siyasət Materials 22 Noyabr 2006 14:22 (UTC +04:00)

2006-cı il Azərbaycanın Ədliyyə Nazirliyi üçün əlamətdar olub. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə ədliyyə naziri Fikrət Məmmədov məlumat verib.

Nazir bu baxımdan Prezident İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi haqqında yeni Əsasnamənin və ədliyyə orqanında qulluq keçmə haqqında qanunun imzalanmasını qeyd edib. "Avqustun 17-də isə Prezident ədliyyə sahəsinin inkişafı haqqında fərman imzaladı və bütün bunlar bizim üzərimizə böyük məsuliyyət qoyur ki, öz xidməti fəaliyyətimizi daha da təkmilləşdirək və müasir tələblər səviyyəsində quraq" - deyə nazir qeyd edib.

F.Məmmədov həmçinin bildirib ki, ədliyyə işçilərinin müsbət fəaliyyətinin nəticəsi olaraq prezident 20 noyabr tarixli sərəncamı ilə bir sıra ədliyyə işçisini dövlət mükafatlarına layiq bilib, nazirliyin rəhbər işçilərinə isə ali xüsusi rütbələr verib. "Bu qərar bütün ədliyyə işçilərində böyük ruh yüksəkliyi, eyni zamanda əlavə məsuliyyət yaradır" - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti