...

AYİB-in iqtisadçısı: "Azərbaycan ölkənin işguzar ab-havasını yaxşılaşdırmaq üçün islahat tempini artırır"

Siyasət Materials 28 Noyabr 2006 20:48 (UTC +04:00)
AYİB-in iqtisadçısı: "Azərbaycan ölkənin işguzar ab-havasını  yaxşılaşdırmaq üçün islahat tempini artırır"

Bu gün Bakıda keçirilən Azərbaycan üzrə Avropa Bankı hesabatının təqdimatı zamanı AYİB-in Azərbaycan üzrə baş iqtisadçısı Anita Taki bildirib ki, Azərbaycanın işguzar ab-havasını yaxşılaşdırmaq və dövlətin qeyri-neft sektoruna investisiyaların cəlb olunmasını yaxşılaşdırmaq üçün, rəqabətin inkişaf marağı üçün hökümət qanunvericilik-normativ bazanı möhkəmlətməli və antikorrupsiya qanunvericiliyinin effektivliyini qaydaya salmalıdır. Bu haqda Trend məlumat verib.

Onun sözlərinə görə, ölkənin işguzar şəraitinin yaxşılaşdırılmasına yönəldilən islahatlar prosesinin tempi artır, eyni zamanda müəssisələrin qeydiyyata alınması üsulları sadələşdirilməsi üzrə tədbirlər görülür.

O deyib: "Hökümət beynəlxalq və milli standartlara müvafiq müsahibat hesabatlarının həyata keçirilməsi işində müəyyən müvəffəqiyyətlər qazanıb".

Maliyyə Nazirliyi tərəfindən tərkibinə dövlət müəssisələri də daxil olmaqla 20 ictimai təşkilatı 2007-ci ilin iyuluna kimi müsahibat hesabatını beynəlxalq standartlara uyğun aparmaq məcburiyyətində qoyan sərəncam verib.

Bankın hesabatına müvafiq olaraq, özəl sektorun daha aktiv cəlb olunması maliyyə sisteminin inkişaf prosesinin irəliləməsinə, banklar arasında rəqabətin güclənməsinə imkan yaradacaq.

O qeyd edib: "Gələcəkdə neftdən gələn böyük gəlirləri nəzərə almaqla, prudensial-kredit və pul-büdcə xərc siyasətini həyata keçirmək yolu ilə güclənən inflyasiya təsirini nəzarət altında saxlamaq, paralel olaraq infrastrukturların modernləşdirilməsi problemini həll etmək vacibdir".

Onun fikrincə, Azərbaycanda struktur islahatlarının gedişatını qiymətləndirərkən özəl müəssisələrinin inkişafı yolunda əsas maneə əvvəllər olduğu kimi bürokratik süründürməçilikdir.

Xəbər lenti

Xəbər lenti