...

Gəncədə pulsuz səhiyyə günləri keçiriləcək

Siyasət Materials 30 Noyabr 2006 14:06 (UTC +04:00)

Dekabrın 1-2-də Gəncədə fəaliyyət göstərən bütün səhiyyə müəssələrində açıq qapı günləri keçiriləcək. Bu barədə məlumatı Trendə Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Hüseynov verib. Onun sözlərinə görə, iki gün davam edəcək pulsuz səhiyyə günləri Gəncə şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Müsahibin sözlərinə görə, Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssisləri 2 gün ərzində şəhərə ezam olunacaqlar. "Müayinələr Kardioloji dispanserdə, Ailə və nigah məsləhətxanasında, Stomotoloji poliklinikada, Diaqnostika və reprodiktiv sağlamlıq mərkəzlərində həyata keçiriləcək. Ehtiyacı olan bütün xəstələr dərman pereparatları ilə təmin ediləcək. Lazım gələrsə, cərrahiyyə əməliyatları da həyata keçiriləcək. Fikrimizcə, bundan sonra da bu cür aksiyalar mütəmadi xarakter alacaq və şəhər əhalisi pulsuz müayinə günlərində gəlib müayinə oluna biləcəklər"- deyə idarə rəisi bildirdi.

Xəbər lenti

Xəbər lenti