...

Rusiya hökumətinin ekspert qrupu Mixail Fradkovun Bakıya səfərini hazırlayır

Siyasət Materials 30 Noyabr 2006 14:13 (UTC +04:00)

Rusiya hökumətinin ekspert qrupu baş nazir Mixail Fradkovun Bakıya səfərini hazırlayır. Bu barədə Trend ə Rusiya hökuməti başçısının mətbuat xidmətinin rəhbəri Yelena Domanova məlumat verib.

Ekspert qrupu Azərbaycana dünən gəlib və hazırda azərbaycanlı həmkarlarıla baş nazirin səfər proqramını və ölkənin rəsmi şəxsləri ilə görüşlərin gündəliyini hazırlayır.

Səfər Azərbaycanda Rusiya İlinin bağlanmasına həsr olunub. Bununla əlaqədar bir sıra tədbirlərin, o cümlədən Respublika Sarayında Rusiya incəsənət xadimlərinin təntənəli konsertinin keçirilməsi nəzərdə tutulur.

"M.Fradkovun səfəri çərçivəsində Nazirlər Kabinetində iki ölkənin hökumət üzvləri arasında danışıqlar aparılacaq. Azərbaycan və Rusiya arasında ikitərfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq", - deyə Y.Domanova qeyd edib.

İkitərəfli əməkdaşlığa dair sənədlərin imzalanması da gözlənilir.

Xəbər lenti

Xəbər lenti