Rusiya qoşunlarının sayca ikinci əlavə eşelonu dekabrın 1-də Azərbaycan ərazisindən keçməklə Gürcüstandan Rusiyaya yola düşəcək. Bu haqda Trend -ə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildiriblər.
Eşelon Tiflisdən təcili çıxarılan 9 vaqondan- Rusiya qoşunlarının zaqafqaziyadakı qrupu heyətinin əmlakından ibarət olacaq.
Azərbaycan və Rusiya hökümətləri arasında bu yaxınlarda əldə edilmiş razılığa əsasən, cari ilin sonuna kimi Azərbaycan ərazisindən keçməklə AR-dən RF-ə əlavə olaraq ZRQQ-nın əmlak və hərbi texnikasından ibarət 3 eşolonu nəql olunacaq. Azərbaycan ərazisi üzrə birinci eşolon noyabrın 23-də çıxarılıb, sonuncu, üçüncü dekabrın 7-də nəzərdə tutulub. ZRQQ-nin Batumi bazasındakı əmlak çıxarılacaq. Dekabrın 14-ü Ermənistana ZRQQ-nın texnikamının bir partiyası göndəriləcək.
Gürcüstan və Rusiya arasında razılığa müvafiq olaraq Axalkalakidəki hərbi baza 2007-ci ilin oktyabrın 1-nə kimi, Batumidəki baza isə 2008-ci ilin oktyabrın 1-nə kimi bağlanmalı idi.