...

Azərbaycan prezidenti rabitə və informasiya texnologiyaları sahəsi işçilərini mükafatlandırıb

Siyasət Materials 5 Dekabr 2006 20:30 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsinin inkişafındakı xidmətlərinə görə bir qrup rabitə və informasiya texnologiyaları sahəsi işçisinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Trend xəbər verir ki, Zeynalov Tofiq Əli Paşa oğlu "Şöhrət" ordeni, 23 nəfər rabitəçi "Tərəqqi" medalı ilə təltif edilib.

Prezidentin başqa bir sərəncamı ilə Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsinin inkişafındakı xidmətlərinə görə 5 nəfərə "Əməkdar mühəndis" fəxri adı verilib.

İlham Əliyevin üçüncü sərəncamına əsasən isə, 3 nəfər rabitəçiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi qərara alınıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti