...

Gəncədə yeni dekorativ formalı küçə işıqlandırıcıları quraşdırılır

Siyasət Materials 7 Dekabr 2006 16:23 (UTC +04:00)

Gəncədə yeni dekorativ formalı küçə işıqlandırıcıları quraşdırılır. Bu barədə məlumatı Trendə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin baş mühəndisi Zahid Məmmədov verib. Onun sözlərinə görə, ilk olaraq şəhərə 20 belə küçə işıqlandırıcısı gətirilib, 120-si də sifariş verilib. Yaxın günlərdə onlar da gətirilərək qupaşdırılacaq.

Müsahib bildirdi ki, yeni işıqlandırıcılar Turkiyə respublikasında istehsal olunub və qiməti 1000 YAM məbləğindədəir. "İlkin olaraq şəhərin mərkəzi küçəsini bu işıqlarla təchiz edəcəyik, sonra isə digər küçələrədə dekorativ işıqlandırıcılar quraşdırılacaq. Ümid edirik ki, yeni işıqlandırıcılar şəhərin görünüşünü xeyli dəyişəcək" deyə Z. Məmmədov bildirdi.

Baş mühəndis onu da əlavə etdi ki, 60 ədəd daha yeni və gözəl quruluşda olan işıqlandırıcılar sifariş verilib ki, onların da hər birinin qiyməti 10 000 ABŞ dollarından bahadır.

Xəbər lenti

Xəbər lenti