...

Azərbaycan prezidenti İcra aparatının şöbə müdiri: İspaniya, ATƏT-in yeni sədri kimi, separatçılıq məsələsində xüsusilə həssas olacaq

Siyasət Materials 8 Dekabr 2006 12:46 (UTC +04:00)

İspaniya, ATƏT-in yeni sədri kimi, separatçılıq məsələsində xüsusilə həssas olacaq. Bu barədə Azərbaycan prezidenti İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Trend ə eksklüziv olaraq məlumat verib.

O qeyd edib ki, Azərbaycan və İspaniya arasında yaxşı münasibətlər mövcuddur, bu ölkədə Azərbaycan səfirliyi fəaliyyət göstərir.

N.Məmmədov həmçinin əlavə edib ki, Azərbaycan 2007-ci ilin yanvar ayından ATƏT-də İspaniyanın sədrlik edəcəyi faktını nəzərə alır və bununla əlaqədar müvafiq addımlar atır. "Bu, ikitərəfli münasibətlər, Avropa Birliyi ilə əməkdaşlıq, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır", - deyə o qeyd edib.

Şöbə müdiri əlavə edib ki, İspaniyanın özünün belə bir problemi var. Ümumilikdə, Avropanın bir çox ölkələri separatçılıqdan narahatdır. "Avropa və xüsusilə də İspaniya separatçılıq məsələsində həssasdır, ona görə də bu planda biz bir-birimizi başa düşə bilərik", - deyə N.Məmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti