...

Ümid Partiyasının sədri İqbal Ağazadə: "Yeni ildən sonra yürüş-mitinq keçirmək barədə qərarımız olacaq"

Siyasət Materials 8 Dekabr 2006 16:25 (UTC +04:00)

Ümid Partiyası kütləvi aksiyalara gələn ilin əvvəllərində başlayacaq. Bu barədə Trend ə partiyanın sədri, millət vəkili İqbal Ağazadə məlumat verib.

O bildirib ki, bu il dekabr ayı ərzində Ümid Partiyasının heç bir kütləvi tədğiri olmayacaq: "Yeni ildən sonra kütləvi aksiya məsələsini yenidən gündəmə gətirəcəyik. Ola bilər ki, ilin əvvəlində yürüş-mitinq keçirmək barədə qərar verdik. Hazırda Ümid Partiyasının növbəti qurultayı ilə əlaqədar rayon təşkilatlarının konfransları keçirilir".

İ.Ağazadə bildirib ki, Ümid Partiyası parlamentdə "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edilməsi üçün müxakirələri gözləyir. İ.Ağazadənin sözlərinə görə, bundan sonra qurultayın vaxtı təyin olunacaq: "Amma əgər bu qanuna baxılması gecikərsə, o zaman biz gözləmədən öz qurultayımızı keçirəcəyik".

Xatırladaq ki, bir müddət əvvəl partiyanın Nərimanov metrosu yanındakı meydanda mitinq keçirmək təşəbbüsünə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verməyib.

Müxalifətçi Ümid Partiyası 1 nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti